Fərdi məlumatlar subyektlərinin fərdi məlumatlarının toplanması, emalı və müdafiəsinə qarşı

  1. Ümumi müddəalar
    1. Sənədin təyin edilməsi
      1. Fərdi məlumatların toplanması, emalı və müdafiəsinə qarşı bu siyasət, fərdi məlumatların toplanması, emalı və müdafiəsi məsələlərini tənzimləyən "CDEK Mərkəzi Asiya" Məhdud məsuliyyətli yoldaşlığının (bundan sonra Yoldaşlıq) əsas daxili sənəddir.
      2. Bu Siyasət "Fərdi məlumatlar və onların qorunması haqqında" 94-V saylı 21 may 2013-cü il tarixli Qazaxıstan Respublikasının Qanunu (bundan sonra Qanun) ilə daxil olmaqla, fərdi məlumatların müdafiəsi sahəsində Qazaxıstan Respublikasının cari qanunvericili ilə fəaliyyət göstərən Qazaxıstan Respublikasının Konstitusiyasına, Qazaxıstan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hazırlanmış və www.cdek.kz saytında paylaşılmaqla, qeyri-məhdud insan dairəsinin tanış olması üçün üçün nəzərdə tutulmuşdur.
      3. Siyasət fərdi məlumatlar subyektlərinin fərdi məlumatlarının toplanması, emalı, o cümlədən fərdi məlumatların toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), məhv edilməsi, habelə təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş prosedurları müəyyən edir.
      4. Yoldaşlığın rəhbərliyi şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsinin önəmliliyini və zəruriliyini anlayır və fərdi məlumatların qorunması sisteminin davamlı olaraq təkmilləşdirilməsini təşviq edir.
      5. Siyasətin təsdiq edilməsi və yenidən baxılması hər üç aydan bir baş verir, habelə:
        - Yoldaşlıqda fərdi məlumatların işlənməsi prinsiplərinə və (və ya) proseslərinə təsir edən normativ baza dəyişdirildikdə;
        - müştərilərin şəxsi məlumatlarının emalı üçün yeni proseslər yaratdıqda və ya var olan proseslərə dəyişiklik etdikdə.
    2. Normativ keçidlər
      1. "Fərdi məlumatlar və onların qorunması haqqında" 94-V saylı 21 may 2013-cü il tarixli Qazaxıstan Respublikasının qanunu.
        "Sahibkar və (və ya) operator, eləcə də üçüncü şəxs tərəfindən fərdi məlumatların qorunması tədbirlərinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında" 909 saylı 3 sentyabr 2013-cü il tarixli Qazaxıstan Respublikasının Hökümətinin Qətnaməsi.
        "Sahibkar və (və ya) operator tərəfindən onların yerinə yetirdiyi vəzifələri yerinə yetirmək üçün zəruri və yetərincə fərdi məlumatların siyahısının müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında" 1214 saylı 12 noyabr 2013-cü il tarixli Qazaxıstan Respublikasının Hökümətinin Qətnaməsi.
        "Fərdi məlumatların toplanması və emalı Qaydalarının təsdiq edilməsi haqqında" 395/NK saylı 21 oktyabr 2020-ci il tarixli Qazaxıstan Respublikasının Rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənayesi nazirinin əmri.
    3. İşlədilən qısaltmalar
      1. FM - fərdi məlumatlar;
        Fərdi məlumatlar bazası - fərdi məlumatları ehtiva edən verilənlər bazası;
        Yoldaşlıq - "CDEK Mərkəzi Asiya" MMY;
        QR - Qazaxıstan Respublikası;
        Sayt - www.cdek.kz.
    4. Təsir sahəsi
      1. Bu Siyasətin təsiri Yoldaşlığın bütün proseslərinə şamil edilir, onların çərçivəsində həm informasiya-telekommunikasiya şəbəkələrinin işlədilməsi, həm də belə vasitələrin istifadəsi olmadan fərdi məlumatlar subyektlərinin fərdi məlumatların toplanması, emalı baş verir.
        Bu Siyasət özəlliklə tətbiq olunur, amma aşağıkılar ilə məhdudlaşmır:
        xidmətin göstərilməsinə sifariş vermədən www.cdek.kz saytında naviqasiya, eləcə də www.cdek.kz saytında qedyiyyatdan keçmədən də www.cdek.kz saytında təklif edilmiş servislərdən istifadə edərkən ;
        www.cdek.kz saytında qeydiyyatdan keçərkən;
        www.cdek.kz saytında və ya Yoldaşlığın ofisində sifariş verərkən;
        www.cdek.kz saytında müqavilənin bağlanması üçün ərizə formasını doldurarkən;
        www.global.cdek.kz servisi işlədilərkən;
        İstifadəçi Razılaşmasına uyğun olaraq www.cdek.kz saytından başqa şəkildə istifadə edərkən.
        Bu Siyasətin təsiri Yoldaşlığın əməkdaşlarının FM-ının emalına və vakant iş yeri axtaranlara, bu Siyasətdə birbaşa göstərilməmiş başqa FM subyektlərinə şamil edilmir, çünki bu münasibətlər başqa daxili aktlar ilə tənzimlənir.
        Müddəada Qazaxıstan Respublikasının dövlət sirrini təşkil edən məlumatlara müəyyən edilmiş qaydada aid olan FM-ın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə baxılmır.
    5. İşlədilən termin və təriflər
      1) Fərdi məlumatlar - elektron, kağız və (ya da) başqa maddi daşıyıcı üzərində qeydə alınan müəyyən edilmiş və onların əsasında müəyyən edilən fərdi məlumatlar subyektinə aid olan məlumatlardır;
      2) Fərdi məlumatların bloklanması - fərdi məlumatların toplanması, yığılması, dəyişilməsi, əlavə edilməsi, işlədilməsi, yayılması, simasızlaşdırılması və məhv edilməsinin müvəqqəti dayandırılması üzrə hərəkətlərdir;
      3) Fərdi məlumatlar yığımı - fərdi məlumatlar olan bazaya fərdi m\lumatların daxil edilməsi yolu ilə onların sistemləşdirilməsi üzrə hərəkətlərdir;
      4) Fərdi məlumatların məhv edilməsi - nəticədə fərdi məlumatların barpası mümkün olmayan hərəkətlərdir;
      5) Fərdi məlumatların simasızlaşdırılması - edilməsi nəticədə fərdi məlumatların subyektinə fərdi məlumatların məxsusluğunun müəyyən edilməsi mümkün olmayan hərəkətlərdir;
      6) Fərdi məlumatları olan baza - nizamlı fərdi məlumatların məcmusudur;
      7) Fərdi məlumatları olan baza sahibkarı - Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq fərdi məlumatları olan bazadan istifadə və sərəncam vermə, sahib olma hüququnu gerçəkləşdirən dövlət orqanı, fiziki və (ya da) hüquqi şəxsdir;
      8) Fərdi məlumatları olan baza operatoru (bundan sonra operator) - fərdi məlumatların toplanması, emalı və müdafiəçisini həyata keçirən dövlət orqanı, fiziki və (ya da) hüquqi şəxsdir.
      Operator tərəfindən bu Müddəada "CDEK Mərməzi Asiya" Məhdud məsuliyyətli yoldaşlığıdır;
      9) Fərdi məlumatların müdafiəsi - bu Qanunla müəyyən edilmiş məqsədlərdə həyata keçirilən hüquqi, təşkili və texniki tədbir kompleksidir;
      10) Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi servisi - subyektdən fərdi məlumatların toplanması, emalına razılığın əldə edilməsi ya da onların bu qarşılıqlı əlaqənin mülkiyyətçilər və (və ya) operatorlar tərəfindən müstəqil şəkildə həyata keçirilməsi yolu ilə üçüncü şəxslərə ötürülməsi daxil olmaqla, mülkiyyətçilərin və (və ya) operatorların subyektlə informasiya qarşılıqlı əlaqəsini təmin edən xidmətdir;
      11) Fərdi məlumatların emalı - fərdi məlumatların yığılması, saxlanması, dəyişilməsi, əlavə edilməsi, işlədilməsi, yayılması, simasızlaşdırılması, bloklanması və məhv edilməsinə dair hərəkətlərdir;
      12) Fərdi məlumatların istifadəsi - sahibinin, operatorunun və üçüncü tərəfin fəaliyyət məqsədlərinə çatmağa yönəlmiş fərdi məlumatlarla hərəkətlərdir;
      13) Fərdi məlumatların saxlanması - fərdi məlumatların bütövlüyü, gizliliyi və əlçatanlığının təmin edilməsi üzrə hərəkətlərdir;
      14) Fərdi məlumatların yayılması - edilməsi nəticəsində kütləvi informasiya vasitələri üzərindən fərdi məlumatların ötürülməsi və ya başqa bir yolla fərdi məlumatlara girişin təqdim edilməsi baş verən hərəkətlərdir;
      15) Fərdi məlumatların subyekti - fərdi məlumatlara aid olan fiziki şəxsdir;
      16) üçüncü şəxs - subyekti, mülkiyyətçisi və (və ya) operatoru olmayan, amma Fərdi məlumatların toplanması, emalı və qorunması üçün şəraitə və ya hüquqi münasibətlərə görə onlarla (onun) əlaqəli olan şəxsdir;
      17) Fərdi məlumatların toplanması - Fərdi məlumatların əldə edilməsinə yönəlik hərəkətlərdir.
  2. Əsas normativ müddəalar
    1. Fərdi məlumatların toplama, emal prinsipləri
      1. Yoldaşlıq tərəfindən Qanunun 5-ci maddəsində göstərilmiş fərdi məlumatların toplanması, emalı və qorunması prinsiplərinə riayət edilməsi təmin edilir.
      2. Fərdi məlumatlar subyektlərinin fərdi məlumatlarının toplanması, emalı qanuni və ədalətli əsasda həyata keçirilir və konkret, öncədən müəyyən və qanuni məqsəd və vəzifələrinə çatmaq ilə məhdudlaşır. Emal edilən məlumatların artıqlığına yol verilmir.
      3. Fərdi məlumatları emalı zamanı fərdi məlumatların dəqiqliyi, onların yetərliliyi, gərəkli hallarda isə fərdi məlumatlarnı emal məqsədlərinə qarşı aktuallığı təmin edilməlidir.
      4. Yoldaşlıq fərdi məlumatları nı fərdi məlumat subyektini müəyyən etməyə imkan verən şəkildə fərdi məlumatların emalının məqsəd və vəzifələrinin tələb etdiyindən artıq olmadan saxlayır və fərdi məlumatları emalın məqsədlərinə çatdıqda ya da bu məqsədlərə çatmağa zərurəti itirdiyi halda federal qanunla başqa hal nəzərdə tutulmamışsa, məhv edir.
      5. Emal edilən fərdi məlumatları Qanunla və bu Siyasətdə başqa hal nəzərdə tutulmamışsa, emal məqsədlərinə çatdıqda və ya bu məqsədlərə çatmaq zərurəti itirildikdə məhv edilir və ya simasızlaşdırılmasına məruz qalır.
    2. Fərdi məlumatların emal məqsədləri
      1. Yoldaşlıq fərdi məlumatların subyektinin fərmi məlumatını aşağıdakı məqsədlər ilə emal edir:
        1. Fərdi məlumatlar subyektinə Saytla qarşılıqlı əlaqə imkanının təmin edilməsi, o cümlədən Saytın fərdiləşdirilmiş resurslarına, İstifadəçi Razılaşmasına uyğun olaraq Yoldaşlığın ortaqlarının Saytlarına və ya xidmətlərinə çıxışın təmin edilməsi;
        2. Fərdi məlumatlar subyekti ilə bağlı xidmətin göstərilməsi və/və ya mövcud müqavilələrin icrası ilə bağlı bildirişlər, sorğular və məlumatlar göndərməklə, o cümlədən göstərilən xidmətlər haqqında məlumat vermək, habelə fərdi məlumatları subyektindən sorğu və müraciətlərə baxılması üçün rabitənin yaradılması;
        3. Xidmətlərin göstərilməsi, müştərilərlə (potensial müştərilərlə) müqavilə və müqavilələrin bağlanması və icrası;
        4. Göstərilən xidmətlərin keyfiyyətinin və onlardan istifadənin rahatlığının yüksəldilməsi, yeni xidmət və servislərin inkişafı (Yoldaşlıq adından və ya Yoldaşlığın ortaqları adından yeni xidmətlər, tədbirlər, hər hansı məlumat mesajları, o cümlədən reklam və digər məlumatlar daxil olmaqla, informasiya kommunikasiya sistemləri, SMS, elektron poçt və digər rabitə vasitələri vasitəsilə subyektə xüsusi təkliflər barədə məlumatların göndərilməsi);
        5. Qazaxıstan Respublikasının qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi;
        6. Anonim məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması, Yoldaşlığın xidmətlərindən müştəri məmnunluğunun/narazılığının müəyyən edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş sorğu və araşdırmaların aparılması.
    3. Toplanan, emal edilən fərdi məlumatlar kateqoriyaları
      1. Yoldaşlıq aşağıdakı fərdi məlumatlar kateqoriyalarını emal edir:
        1. Fərdi məlumatlar subyektinə Saytla qarşılıqlı əlaqə imkanının təmin edilməsi, o cümlədən Saytın fərdiləşdirilmiş resurslarına, İstifadəçi Razılaşmasına uyğun olaraq Yoldaşlığın ortaqlarının Saytlarına və ya xidmətlərinə çıxışın təmin edilməsi;
        2. Fərdi məlumatlar subyekti ilə bağlı xidmətin göstərilməsi və/və ya mövcud müqavilələrin icrası ilə bağlı bildirişlər, sorğular və məlumatlar göndərməklə, o cümlədən göstərilən xidmətlər haqqında məlumat vermək, habelə fərdi məlumatları subyektindən sorğu və müraciətlərə baxılması üçün rabitənin yaradılması;
        3. Xidmətlərin göstərilməsi, müştərilərlə (potensial müştərilərlə) müqavilə və müqavilələrin bağlanması və icrası;
        4. Göstərilən xidmətlərin keyfiyyətinin və onlardan istifadənin rahatlığının yüksəldilməsi, yeni xidmət və servislərin inkişafı (Yoldaşlıq adından və ya Yoldaşlığın ortaqları adından yeni xidmətlər, tədbirlər, hər hansı məlumat mesajları, o cümlədən reklam və digər məlumatlar daxil olmaqla, informasiya kommunikasiya sistemləri, SMS, elektron poçt və digər rabitə vasitələri vasitəsilə subyektə xüsusi təkliflər barədə məlumatların göndərilməsi);
        5. Qazaxıstan Respublikasının qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi;
        6. Anonim məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması, Yoldaşlığın xidmətlərindən müştəri məmnunluğunun/narazılığının müəyyən edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş sorğu və araşdırmaların aparılması.
      2. Yoldaşlıq müştərilərin irqi, milliyyəti, siyasi baxışları, dini və ya fəlsəfi inancları, sağlamlıq vəziyyəti, intim həyatı ilə bağlı fərdi məlumatları toplamır, emal etmir.
      3. Tərəfdaşlıq subyektin təqdim etdiyi şəxsi məlumatların düzgünlüyünü yoxlamır və onun hüquq qabiliyyətini qiymətləndirmə imkanı yoxdur. Bununla belə, Yoldaşlıq istifadəçinin həqiqi və yetərli fərdi məlumat təqdim etdiyini və bu məlumatı aktual saxladığını sayır.
  3. Fərdi məlumatların toplanması, işlənmə qaydası və şərtləri
    1. Subyektin fərdi məlumatlarını əldə etmə yolları
      1. Fərdi məlumatların subyektinin fərdi məlumatlarının toplaması, emalı subyektin və ya onun qanuni nümayəndəsinin razılığı ilə Yoldaşlıq tərəfindən həyata keçirilir. Yoldaşlıq tərəfindən Müştərilərin fərdi məlumatlarının toplanması bu yollarla yol verilir:
        - ofisə çatdırılma rəsmiləşdirilərkən məlumatlarının subyekt tərəfindən şəxsi bildirişi (sənədlərin təqdim edilməsi);
        - subyekt tərəfindən Saytın istənilən bölümünə öz məlumatlarının daxil edilməsi;
        - fərdi məlumatlar subyekti tərəfindən marketinq vərəqələrinin (kuponlarının) doldurulması;
        - üçüncü şəxslərdən (müştərilərdən, kontragentlərdən);
        - ümumi əlçatan qaynaqlardan.
    2. Subyekt tərəfindən fərdi məlumatların toplanması, emalına razılığın verilməsi qaydası
      1. Fərdi məlumatların emalına razılıq subyekt (və ya onun qanuni nümayəndəsi) tərəfindən yazılı şəkildə, elektron sənəd şəklində fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi servisi ya da Qazaxıstan Respublikasının qanunvericiliyinə zidd olmayan müdafiə hərəkət elementlərinin tətbiq edilməsi ilə başqa bir yolla verilə bilər.
      2. Subyekt tərəfindən Saytda FM-ın daxil edilməsi halında FM-ən işlənməsinə razılıq ümumilikdə aşağıdakı nəzərdə tutulan hərəkətlərin yerinə yetirilməsi yolu ilə FM-ın subyekti tərəfindən təqdim edilmiş sayılır: geri zəng sifariş edərkən, əks əlaqə forması ilə əlaqə saxlayarkən, şəxsi kabinetinizdə qeydiyyatdan keçərkən, müqavilə bağlamaq üçün formanı doldurarkən xüsusi bir işarəni - Saytda xüsusi sahəyə "quş" və ya "veb-nişan" qoymaqla, kuryerə zəng etmək üçün ərizə doldurarkən və müvafiq düyməni basarkən.
        Bu hərəkətlər, İstifadəçi razılaşmasının şərtlərinin qəbul edilməsi və tanışlıq üçün özəl işarənin qoyulmasından öncə təklif edilən mətndə ("Razılıq" mətni bu Siyasətin 1 saylı Qoşması) nəzərdə tutulmuş qaydada və məqsədlər üçün, həcmdə, fərdi məlumatların emalına razılığın verilməsi kimi bir mənalı dəyərləndirilir.
      3. Fərdi məlumatlar subyekti tərəfindən marketinq vərəqələri, qayimə, başqa sənədlərin doldurulması halında imzala fərdi məlumatlar subyekti Kuryer xidmətlərinin ödənişli göstərilməsi Müqaviləsinə və Saytda yerləşdirilmiş kuryer xidmətlərin ödənişli göstərilməsi Reqlamentində izah edilən İctimai Təklif şərtlərinin qəbuluna, bu da o cümlədə fərdi məlumatların emalına razılığını ifadə edir.
      4. Fərdi məlumatların üçüncü şəxslərdən (müştərilərdən, kontragentlərdən) alınması halında belə fərdi məlumatların emalına və ötürülməsinə razılığın əldə edilməsi üzrə öhdəlik bu üçüncü şəxslərin üzərinə düşür.
      5. Fərdi məlumatların ümumi əlçatan məlumat qaynaqlarından əldə edilməsi halında fərdi məlumatlar subyektlərinin razılığının alınması tələb edilmir.
      6. Razılıq özəl bir işarə (imza) qoyulduğu andan əldə edilmiş sayılır və fərdi məlumatlar subyektinin Operatorun olduğu yer üzrə fərdi məlumatların emalına xitam verilməsi haqqında müvafiq ərizənin göndərilməsi anına qədər qüvvədədir.
      7. Subyektin fərdi məlumatların emalına razılığı olmadığı halda bu emal gerçəkləşmir.
    3. Fərdi məlumatların gizliliyi və onlara giriş
      1. Yoldaşlıq, öz fəaliyyəti gedişində mütləq tapşırığa görə fərdi məlumatların emalını həyata keçirən şəxs prinsiplərə və emal qaydalarına riayət edilməsi, eləcə də fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi şərti ilə fərdi məlumatların emalını fərdi məlumatlar subyektlərinin razılığı ilə üçüncü şəxslərə tapşırır.
      2. Fərdi məlumatların toplanması və emalına icazəsi olan şəxslərin siyahısı İcra orqanının və daxili yerli normativ Yoldaşlıq aktlarının sərəncamı ilə müəyyən edilir. Göstərilən şəxslər işin başlanmasından öncə bunlar ilə tanış olmalıdırlar:
        FM-ın qorunma qaydasına tələblər daxil olmaqla, FM haqqında Qazaxıstan Respublikasının qanunvericiliyinin müddəaları ilə;
        bu Siyasət daxil olmaqla, FM-ın toplanmasına, işlənməsinə qarşı Operatorun hərəkətlərini müəyyən edən sənədlər ilə;
      3. Fərdi məlumatlar subyektlərinin fərdi məlumatlarına giriş vəzifə öhdəliklərinə uyğun olaraq Operatorun əməkdaşlarına verilir. Fərdi məlumatlar subyektlərinin fərdi məlumatlarını emal edən Operatorun əməkdaşları bu emal, normativ-hüquqi akt və Operatorun daxili sənədləri ilə müəyyən edilmiş bu emalın özəlliyi və qaydaları haqqında məlumatlandırılmalıdır. Fərdi məlumatlar subyektlərinin fərdi məlumatlarının emalını gerçəkləşdirməyə hüququ olan Yoldaşlıq əməkdaşına müəyyən edilmiş qaydada müvafiq məlumat sisteminə giriş üçün unikal login və şifrə verilir. Əməkdaşa verilən identifikator haqqında məlumatlar (login və şifrə) gizli məlumatlara aiddir və Əməkdaş tərəfindən üçüncü şəxslərə verilməməlidir. Əməkdaş məxfilik tələblərinə əməl olunmasını təmin edir və bu tələblərin pozulması ilə bağlı nəticələrin riskini daşıyır. Autentifikasiya proseduru işəgötürənin texniki mərkəzi tərəfindən əməkdaş məlumat sisteminə daxil olduqda, daxil edilmiş login və şifrəni əməkdaşa təyin edilmiş müvafiq login və şifrə ilə müqayisə etməklə həyata keçirilir. Autentifikasiya prosedurundan uğurla keçdiyi halda Əməkdaş məlumat sistemində fərdi məlumatlar subyektinin fərdi məlumatları ilə əməliyyat keçirmə imkanını əldə edir.
      4. Yoldaşlıq fərdi məlumatlar subyektinin fərdi məlumatlarını ümumi əlçatan qaynaqlarda yerləşdirmir.
    4. Fərdi məlumatlarının yığılması və saxlanması
      1. Fərdi məlumatlarının yığılması sahibkar və (və ya) operator, eləcə də üçüncü şəxs tərəfindən həyata keçirilən tapşırıqların yerinə yetirilməsi üçün gərəkli və yetərli fərdi məlumatlarının toplanması yolu ilə aparılır.
      2. Emal məqsədlərinin fərqləndiyi fərdi məlumatlar subyektinin fərdi məlumatlarının saxlanması məlumat sistemi çərçivəsində ayrı və ya Operatorun müvafiq bölümlərinin işlərinin quruluşu çərçivəsində maddi daşıyıcılar üzərində saxlanması şərti ilə həyata keçirilir.
      3. Fərdi məlumatlar subyektinin fərdi məlumatlarının saxlanması fərdi məlumatlar subyektini müəyyən etməyə imkan verən formada Yoldaşlıq tərəfindən həyata keçirlir.
      4. Fərdi məlumatların saxlama müddəti qanun, müqavilə ilə müəyyən edilməmişsə ya da fərdi məlumatlarının emalına razılıq şərtləri ilə müəyyənləşdirilmişsə (1 saylı Qoşma) fərdi məlumatlarının saxlama müddəti fərdi məlumatlarının emalının məqsədlərinin tələb etdiyindən çox deyil ya da İstifadəçi tərəfindən fərdi məlumatlarının toplanması, emalına razılığın geri götürülməsi istəyi haqqında ərizənin verilməsinə qədərdir.
      5. Saytda fərdi məlumatlarının bloklanması fərdi məlumatlar subyektindən yazılı ərizə əsasında həyata keçirilir.
      6. Fərdi məlumatlar subyektinin fərdi məlumatlar natamam, köhnə, yanlış, qanunsuz əldə edilmiş ya da emalın bildirilən məqsədləri üçün gərəkli olmadığı halda fərdi məlumatlarının məhv edilməsini tələb etməyə hüququ vardır.
      7. Fərdi məlumatların məhv edilməsi imkanı olmadığı halda Operator bu fərdi məlumatların bloklanmasını həyata keçirir.
      8. Fərdi məlumatların məhv edilməsi zəmanətli məhvetmə ilə sertifikatlaşdırılmış proqram təminatından istifadə etməklə, məlumatların silinməsi yolu ilə həyata keçirilir (zəmanətli məhv edilmiş quraşdırılmış proqram təminatı üçün göstərilən özəlliklərə uyğun olaraq).
    5. Fərdi məlumatların müdafiəsi
      1. Fərdi məlumatların toplanması, emalı zamanı Yoldaşlıq fərdi məlumatların onlara qanunsuz və təsadüf girişindən, məhv edilməsindən, dəyişilməsindən, bloklanmasından, kopyalanmasından, təqdim edilməsindən, yayılmasından, eləcə də başqa qanunsuz hərəkətlərdən qorunması üçün bütün gərəkli hüquqi, təşkili və texniki tədbir görür. Yoldaşlıqda fərdi məlumatların emalının təşkilinə görə məsuliyyətli təyin edilmişdir.
  4. Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi aşağıdakı yollar ilə əlçatan olur:
    - Fərdi məlumatların toplanması, emalının təşkilinə görə məsuliyyətlinin təyin edilməsi;
    - Yoldaşlıq tərəfindən bu Siyasət, fərdi məlumatların toplanması və emalı üzrə yerli aktların, habelə qanun pozuntularının qarşısının alınmasına və aşkar edilməsinə, belə pozuntuların nəticələrinin aradan qaldırılmasına yönəlmiş prosedurları müəyyən edən yerli aktların təsdiq edilməsi;
    - Qanunun 22-ci maddəsinə uyğun olaraq fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üzrə hüquqi, təşkili və texniki tədbirlərin görülməsi;
    - Fərdi məlumatların toplanması, emalı və saxlanması qanuna və uyğun olmaqla qəbul edilmiş normativ hüquqi aktlara, fərdi məlumatların qorunması tələblərinə, bu Siyasətə və Yoldaşlığa yerli aktlara uyğunluğa daxili nəzarətin həyata keçirilməsi;
    - Fərdi məlumatlar bilavasitə toplanması, emalı və saxlanmasını həyata keçirən operatorun işçilərinin (əməkdaşlarının) fərdi məlumatlar haqqında Qazaxıstan Respublikasının qanunvericiliyinin müddəaları, o cümlədən fərdi məlumatların müdafiəsinə, bu Siyasətə tələblər, fərdi məlumatların toplanması, emalı və saxlanması məsələləri ilə bağlı yerli aktlar və (ya da) işçilərin (əməkdaşların) təlimi ilə tanış olması ilə.
    1. Fərdi məlumatlar subyektlərinin sorğularının işlənməsi
      1. Qanunda müəyyən edilmiş fərdi məlumatlar subyektlərinin hüquqlarına riayət edilməsinin təmin edilməsi üçün Yoldaşlıqda fərdi məlumatlar subyektlərinin müraciətləri və sorğuları ilə iş qaydası, eləcə də fərdi məlumatlar sahəsində Qazaxıstan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məlumatın fərdi məlumatlar subyektlərinə təqdim etmə qaydası hazırlanaraq yeridilmişdir.
      2. Fərdi məlumatlar subyektinin sorğusunda fərdi məlumatlar subyektinin ya da onun qanuni nümayəndəsinin kimliyini təsdiq edən əsas sənədin nömrəsi, göstərilmiş sənədin verilməsi tarixi və verən orqan haqqında məlumatlar, Yoldaşlıqla münasibətlərdə (müqavilənin nömrəsi, müqavilənin bağlanma tarixi, şərti söz işarəsi və (ya da) başqa məlumatlar), fərdi məlumatlar subyektinin iştirakını təsdiq edən məlumatlar, ya da fərdi məlumatların Yoldaşlıq tərəfindən emalını başqa yolla təsdiq edən məlumatlar, fərdi məlumatlar subyektinin ya da onun nümayəndəsinin imzası, müraciət tarixi olmalıdır.
      3. Yoldaşlığın əməkdaşları telefon və ya faks vasitəsilə fərdi məlumatların ötürülməsi və ya açıqlanması ilə bağlı suallara cavab vermək hüququna malik deyillər, çünki bu halda əlaqə saxlayan şəxsin şəxsiyyətini müəyyən etmək mümkün deyil.
      4. Subyektlərin sorğuları 050004, Qazaxıstan Respublikası, Almatı şəhəri, Seyfullin küçəsi, ev 404/67 ünvanına göndərilməlidir.





Siyasətə 1 saylı Qoşma
Fərdi məlumatlar subyektlərinin fərdi məlumatlarının toplanması, emalı və müdafiəsinə qarşı

"CDEK Mərkəzi Asiya" MMY-nın rəhbərinə
BİN 120440014325


Ünvan: 050004, Qazaxıstan Respublikası, Almatı şəhəri,
Seyfullin prospekti, ev 404/67

Razılıq forması
Saytın istifadəçiləri üçün FM-ın toplanmasına, işlənməsinə

Öz iradəmlə və öz maraqlarımda məlumatlandırıldığımı və "Fərdi məlumatlar və onların qorunması haqqında" 94-V saylı 21 may 2013-cü il tarixli Qazaxıstan Respublikasının Qanununa və Qazaxıstan Respublikasının başqa normativ hüquqi aktlarına (bundan sonra Qanun) uyğun olaraq mənim verdiyim məlumatın, yəni:
ad, soyad, atasının adı;
elektron poçt ünvanı;
göndərmənin götürülməsi/çatdırılması üçün ünvan (şəhər, küçə, evin nömrəsi, mənzilin nömrəsi);
telefon nömrəsi;
istifadə edilən brauzer haqqında məlumatlar;
yerləşdiyi yer;
IP-ünvan;
cookie fayllarının məlumatları;
soruşulan İntenret səhifələr;
www.cdek.kz saytına giriş qaynağı
pasport məlumatları (lazım olarsa)
daxil olmaqla "CDEK Mərkəzi Asiya" MMY-nın məlumat sistemlərinə daxil ediləcəyinə razılıq verdiyimi bildirirəm.

Mən istədiyim birbaşa əksi müəyyən edildiyi hallar istisna olmaqla, "CDEK Mərkəzi Asiya" MMY-nın xidmətləri haqqında məlumatın verilməsi prosesinin təşkil edilməsi, "CDEK Mərkəzi Asiya" MMY-dan əks əlaqənin alınması, xidmətlərin sifariş edilməsi, Şəxsi kabinetin qeydiyyatı və s. məqsədləri ilə bu məlumatları qanunvericiliyə zidd olmayan üsullar ilə toplamaq, emal etmək, ötürmək (o cümlədən transsərhəd ötürülməsinə haqq verirəm) hüququnu verirəm. Mən fərdi məlumatlarımın aşağıdakı məqsədlər ilə işlənə biləcəyindən xəbərdaram:
- Saytla qarşılıqlı əlaqə imkanının təmin edilməsi, o cümlədən Saytın fərdiləşdirilmiş resurslarına, İstifadəçi Razılaşmasına uyğun olaraq Yoldaşlığın ortaqlarının Saytlarına və ya xidmətlərinə çıxışın təmin edilməsi;
- xidmətin göstərilməsi və/və ya mövcud müqavilələrin icrası ilə bağlı bildirişlər, sorğular və məlumatlar göndərməklə, o cümlədən göstərilən xidmətlər haqqında məlumat vermək, habelə sorğu və müraciətlərə baxılması üçün rabitənin yaradılması;
- xidmətlərin göstərilməsi, müqavilə və müqavilələrin bağlanması və icrası;
- göstərilən xidmətlərin keyfiyyətinin və onlardan istifadənin rahatlığının yüksəldilməsi, yeni xidmət və servislərin inkişafı (Yoldaşlıq adından və ya Yoldaşlığın ortaqları adından yeni xidmətlər, tədbirlər, hər hansı məlumat mesajları, o cümlədən reklam və digər məlumatlar daxil olmaqla, informasiya kommunikasiya sistemləri, SMS, elektron poçt və digər rabitə vasitələri vasitəsilə subyektə xüsusi təkliflər barədə məlumatların göndərilməsi);
- Qazaxıstan Respublikasının qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi;
- anonim məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması, Yoldaşlığın xidmətlərindən müştəri məmnunluğunun/narazılığının müəyyən edilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş sorğu və araşdırmaların aparılması.

Yuxarıda göstərilən məqsədlərlə əlaqədar olaraq, fərdi məlumatlarımın üçüncü tərəflərə ötürülə biləcəyini başa düşürəm və bununla razılaşıram.
Üçüncü tərəflərin məlumatlarını, o cümlədən əlaqə məlumatlarını təqdim etsəm, üçüncü tərəfə onun fərdi məlumatlarının Operator tərəfindən işlənməsi barədə məlumat verildiyini təsdiq edirəm.
Göstərilən telefon nömrəsi və e-poçt ünvanında fərdi məlumatların və üçüncü şəxslərin emalı üçün Operator tərəfindən kommersiya məlumatlarının göndərilməsi üçün təqdim edilmiş fərdi məlumatların istifadəsinə razılığımı verirəm.
Mənə Operatorun və/və ya onun Ortaqlarının xidmətləri, təklifləri və reklam kampaniyaları haqqında, o cümlədən elektron və mobil rabitə vasitələri ilə məlumat göndərmək hüququnu verirəm.
Bu razılıq verildiyi gündən yazılı şəkildə geri alındığı günə qədər etibarlıdır.
Fərdi məlumatların dəqiqləşdirilməsini tələb etmək, onları bloklamaq ya da fərdi məlumatlar natamam, köhnə, qeyri-dəqiqdirsə və emalın bildirilən məqsədi üçün gərəkli deyilsə, məhv etmək, eləcə də istənilən zaman Operatorun olduğu yerə müvafiq ərizə göndərməklə, fərdi məlumatların emalının dayandırılmasını tələb etmək hüququna sahib olduğumdan xəbərdar edilmişəm. Mən bəzi məlumatların və/və ya müəyyən məqsədlər üçün razılığın geri götürülməsi bu razılığın məqsədləri üçün fərdi məlumatların emalının tamamilə dayandırılması ilə nəticələnə biləcəyini anlayıram.
Mənə həmçinin, ərizəmi Operatorun olduğu ünvana göndərməklə istənilən vaxt kommersiya məlumatlarını almaqdan imtina edə biləcəyim bildirilmişdir.
Mən (biz) bu razılığın mətni ilə tanış olmuşam (olmuşuq) və heç bir əlavə, şərh və ya etirazım (etirazımız) yoxdur.